Avropa Voleybol Konfederasiyası Superliqanın yayımlanmasından yazıb

Avropa Voleybol Konfederasiyası Superliqanın yayımlanmasından yazıb "Şərhləri öz əməkdaşlarımızla yanaşı, federasiyaların mütəxəsissləri edəcəklər"
Komanda
12 Fevral , 2022 13:28
Avropa Voleybol Konfederasiyası Superliqanın yayımlanmasından yazıb

Avropa Voleybol Konfederasiyası (CEV) qadınlar arasında Azərbaycan Super Liqası oyunlarının canlı yayımlanması barədə yazı hazırlayıb.

"Report" CEV-in rəsmi saytına istinadən xəbər verir ki, yazıda yayımın Gənclər və İdman Nazirliyinin rəsmi feysbuk, yutub və instaqram hesablarında baş tutduğu qeyd olunub.

VI tura təsadüf edən “Azərreyl” – UNEC görüşünü nazirlik rəsmisi Nərmin Əhmədova və federasiyanın baş koordinatoru Zöhrab Gözəlbəylinin şərh etdiyi vurğulanıb.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev "Report"a açıqlamasında bildirib ki, voleybol üzrə kişi və qadın liqalarının növbəti oyunlarını, gimnastika üzrə ölkə çempionatını, eləcə də təqvim üzrə digər növlər üzrə çempionatları da canlı yayımlamağı qarşılarına məqsəd qoyublar: "Nazirlik ölkə çempionatlarının canlı yayımına başladı. Müxtəlif növlər üzrə yerli səviyyədə yayımlardakı boşluğu ADBTİA-nın texniki dəstəyi ilə doldurmağa çalışırıq. Şərhləri öz əməkdaşlarımızla yanaşı, federasiyaların mütəxəsissləri edəcəklər".

Son xəbərlər

Orphus sistemi