Yuxarı

Avropa Voleybol Konfederasiyası Rusiyanın iki klubunu cəzalandırıb

Buna səbəb Beloqorie Belqorod və Dinamo Moskvanın Türkiyədəki oyunlarına getməməsidir

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa Voleybol Konfederasiyası (CEV) Rusiyanın kişi voleybolçulardan ibarət iki klubunu cəzalandırıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, buna səbəb "Beloqorie Belqorod"un CEV Çempionlar Liqasının üçüncü həftəsi çərçivəsində A qrupunda "Arkas Spor"la, "Dinamo Moskva"nın isə B qrubunda "Ziraat Bank"la keçirəcəyi oyunlar üçün Türkiyəyə getməmələridir.

Qərara əsasən, hər iki rus komandasına texniki məğlubiyyət verilib, türk klublarının aktivinə isə 3 xal yazılıb. Nəticədə "Ziraat Bank" 9 xalla qrup liderliyinə yüksəlib, "Arkas Spor" isə 8 xalla ikinci sırada yer alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi