Avropa Gimnastikası: “Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq”

Avropa Gimnastikası: “Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq” “Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq!”.
Komanda
21 May , 2023 19:31
Avropa Gimnastikası: “Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq”

“Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq!”.

“Report” xəbər verir ki, bu Avropa Gimnastikasının tviter hesabında Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı ilə bağlı paylaşımında yer alıb.

Qeyd edək ki, Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi