Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçlə qarşılaşacaq

Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçlə qarşılaşacaq Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçiriləcək.
Komanda
187
13 Noyabr , 2021 01:13
Avropa çempionatı: Azərbaycan yığmaları Serbiya və İsveçlə qarşılaşacaq

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları daha güclü rəqiblərlə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşacaq. Qadın yığması isə İsveçlə üz-üzə gələcək.

İlk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi