Avropa çempionatı: Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Avropa çempionatı: Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək.
Komanda
146
25 Avqust , 2019 08:48
Avropa çempionatı: Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək.

"Report"un məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-sa start götürəcək.

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi