İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
"Report"un məlumatına görə, Adil Hacızadə, Mixail Malkin və Tofiq Əliyevdən ibarət heyət yarışda üçüncü yeri tutub.
Komanda tamblinq növündə medala layiq görülüb.