AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Komanda
28 Avqust , 2022 09:40
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Görüşü türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Deyan Rogiçdən ibarət əsas hakimlər idarə edəcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

GİRİŞ SƏRBƏSTDİR

İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi