AVRO-2021: Millimiz ilk qələbəsini qazandı

AVRO-2021: Millimiz ilk qələbəsini qazandı Yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb
Komanda
8 May , 2021 19:52
AVRO-2021: Millimiz ilk qələbəsini qazandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"Report"un məlumatına görə, yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Milli hər üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib. Komanda hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Gürcüstan isə sonuncudur.

Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub - 2:3.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi