Voleybol komandalarımız məşqlərə icazə istədi

Voleybol komandalarımız məşqlərə icazə istədi Azərbaycan Voleybol Federasiyası (AVF) Gənclər və İdman Nazirliyinə müraciət edib
Komanda
140
2 Aprel , 2021 14:33
Voleybol komandalarımız məşqlərə icazə istədi

Azərbaycan Voleybol Federasiyası (AVF) Gənclər və İdman Nazirliyinə müraciət edib.

Bu barədə "Report"a AFV İdarə Heyətinin üzvü, "Azərreyl" klubunun prezidenti Fərid Xəlilov məlumat verib. Xəlilovun sözlərinə görə, müraciətdə voleybol komandalarının məşqlərə başlamalarına icazə istənilib.

Məsələ ilə əlaqədar aprelin 1-də federasiyanın rəhbərliyi altında iclasın keçirildiyini deyən Xəlilov tədbirdə klub rəhbərliyinin və nazirlik rəsmilərinin iştirak etdiyini bildirib: "Federasiyanın vitse-prezidenti Faiq Qarayev, baş katib Cəlil Cəfərov, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri də orada idi. Hamı oynamağa hazırdır, xəbər gözləyirik".

O, müraciətlərinin aprelin 10-dək cavablandırılacağının gözlənildiyini əlavə edib: "Məşlərə icazə verilməsi gözlənilir. Nazirliklə sıx təmasda işləyirik. Heç olmasa, beynəlxalq yarışlara qatılanlar 1 - 2 ay məşq etsinlər. İndiki halda yarışlara getməmək də bizə ziyandır, gedib biabırçı iştirak etmək də. Ona görə bu iki ziyan arasında seçim edirik ki, bizim üçün hansı daha faydalıdır".

Xəlilov ən azı Azərbaycan milli komandalarının məşqlərinə icazə veriləcəyinə ümid etdiyini vurğulayıb: "Yığmaların həm mayda, həm də avqustda oyunları var. Qızıl Liqa və Avropa çempionatı olacaq. Həmin yarışlarda iştirak etməliyik. Turnirlərə qatılmaq, orada nailiyyət qazanmaq üçün ən azından yığmaların məşqinə icazə verilməlidir".

Qeyd edək ki, bu mövsüm voleybol üzrə Azərbaycan çempionatı ləğv olunub, klublar isə avrokuboklardan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi