Yuxarı
    Bağlamaq

    Atatürk Hava Limanında partlayış baş verərkən Azərbaycan voleybolçuları İstanbulda olub

    Azərbaycan Voleybol Federasiyası terrora yox deyir

    Bakı. 29 iyun. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Slovakiya ilə Avropa Liqasının final matçına yollanarkən problemlə üzləşib. Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma üzvləri Türkiyənin İstanbul şəhərində ikən Atatürk Hava Limanında terror aktı törədilib.

    Xoşbəxtlikdən, Faiq Qarayevin baş məşqçi olduğu komanda hadisə vaxtı hava limanında olmayıb. Lakin onlar İstanbulda hələ də uçuşların bərpa olunmasını gözləyir.

    AVF Türkiyəyə başsağlığı verir, terrora "yox" deyir.

    Qeyd edək ki, Slovakiya ilə ilk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 3-də Bakıda olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi