AGF rəsmisi: Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir

AGF rəsmisi: Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir Bu il Dünya kuboku idmançılar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu yarışlar Paris-2024 Yay Olimpiya oyunlarına təsnifat xarakteri daşıyır. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi zamanı
Komanda
7 Mart , 2024 13:03
AGF rəsmisi: Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir

Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu yarışlar Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimindən sonra Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə jurnalistlərə açıqlamasında bildirib.

"Ümumilikdə 300-ə yaxın idmançı bu turnirdə mübarizə aparır. Onların böyük hissəsi kişilərdir. Gimnastımız Nikita Simonov da bu yarışlarda çıxış edəcək. Bundan öncə keçirilən turnirlərdə o, 45 idmançı arasında halqalar ilə çıxışda 1-ci yeri tutub. Ümid edirik ki, Almaniyadakı uğurlu çıxışını Bakıda, yerli publika önündə davam etdirəcək. İvan Tixonov və digər gənc idmançılarımız da mübarizə aparacaqlar. Qadın idman gimnastı Nazənin Teymurovanın da öz çıxışı ilə tamaşaçıları sevindirəcəyinə ümid edirik", - deyə N.Məmmədzadə vurğulayıb.

AGF rəsmisi Milli Gimnastika Arenasında təşkil olunan Dünya Kubokunun reqlamenti barədə də danışıb: "Təsnifat yarışları bu gün başlayır, sabah da davam edəcək. Şənbə və bazar günləri isə final mərhələləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Əsas rəqiblərimizin adlarını çəkmək istəmirəm. Bir çox idmançılar dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar".

Son xəbərlər

Orphus sistemi