Yuxarı
    Bağlamaq

    AFFA Slovakiya Futbol Federasiyasına və UEFA-ya etirazını bildirib

    Slovakiya ilə oyunun proqramında və akkreditasiya vəsiqəsinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb

    Bakı. 23 sentyabr. REPORT.AZ/ AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. "Report"un məlumatına görə, səbəb futzal üzrə Azərbaycan milli komandasının futbolçusunun aşağılanmasıdır. 

    Avropa çempionatının play-off mərhələsində iki komanda arasında Trnavada keçirilmiş cavab oyununun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. 

    Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk matçda Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəldiyi üçün 2016-cı ildə Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi