"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq
Komanda
- 16 sentyabr, 2022
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın həndbol üzrə milli komandaları və klubları üçün nəzərdə tutulan "ABU Arena" idman kompleksi yaxın günlərdə "AHF Arena" kimi fəaliyyətə başlayacaq.
Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin "Report"a verdiyi məlumata görə, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb.
Federasiya rəsmisi bildirib ki, qısa müddət ərzində xeyli iş görülüb: "Məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb. 2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq, həndbolçuların ixtiyarına verilib".
Qeyd edək ki, "AHF Arena" da həm yerli yarışların, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.
Son xəbərlər
02:43
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
İKT
02:10
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Futbol
01:53
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Region
01:29
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
Digər ölkələr
00:55
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
Digər ölkələr
00:42
Foto
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
Daxili siyasət
00:29
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
Futbol
00:10
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi
Futbol
23:59
Ukraynanın FREYJA raketdən müdafiə sisteminin ilk prototipləri bu qış hazırlanacaq
Digər ölkələr