ABF rəsmisi: Basketbol millimiz Ermənistan ilə oyuna qələbə üçün çıxacaq

ABF rəsmisi: Basketbol millimiz Ermənistan ilə oyuna qələbə üçün çıxacaq Bizim üçün adi matç olacaq. Əlbəttə, oyunçularımız meydançaya qələbə üçün çıxacaqlar.
Komanda
7 İyun , 2024 11:29
ABF rəsmisi: Basketbol millimiz Ermənistan ilə oyuna qələbə üçün çıxacaq

Bizim üçün adi matç olacaq. Əlbəttə, basketbol millimiz meydançaya qələbə üçün çıxacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov kişilərdən ibarət 3x3 basketbol millisinin Avropa Kubokunun təsnifat mərhələsində Ermənistana qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

"Ermənistan millisi ilk dəfə bu turnirə qatılır. Basketbolçuları psixoloji gərginliyə salmamaq üçün qarşılaşmalar arasında ayrı-seçkilik etməmişik. Oyunçularımız da çox təcrübəlidirlər. Psixoloji gərginlik yoxdur və basketbolçularımıza inanırıq", - deyə ABF rəsmisi vurğulayıb.

Baş katib Avropa Kubokunun təsnifat mərhələsində həm kişilərdən, həm də qadınlardan qələbə gözlədiklərini söyləyib: "Xüsusən də qadınlardan ibarət yığmamızın qalib gələcəyinə ümid edirik. Başqa gözləntimiz yoxdur".

Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsi iyunun 8-9-da Kosovonun paytaxtı Priştinada təşkil olunacaq. Azərbaycanın kişilərdən ibarət yığması iyunun 8-də Ermənistan, Kosovo, Kipr, Albaniya, qadınlardan ibarət kollektiv isə Malta və Lüksemburqla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi