3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib 

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib  Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb.
Komanda
20 May , 2023 18:32
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsinə start verilib 

Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb.

"Report" xəbər verir ki, turnirin açılış oyununda gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna kollektivi 15-14 hesablı qələbə qazanıb.

B qrupunda isə favorit Çin millisi, Avstriya komandasına 14-13 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, Polşa seçməsi ilə oyundan 22-7 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15-12 hesabı ilə qalib ayrılıb.

Son xəbərlər

Orphus sistemi