Bakı. 12 avqust. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kanoeçi Aleksey Korovaşkovun Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı rədd edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Avarçəkmə Federasiyasının prezidenti Yevgeni Arxipov məlumat verib.
"Aleksey Korovaşkovun apellyasiyası rədd olunub. Vətəndaş məhkəməsinə müraciət etmək olarmı? Bu addımı istisna etmirəm, amma bunu yalnız Olimpiadadan sonra edə bilərik. İdmançılar bütün mümkün müraciətləri ediblər. Andrey Kraytor və Yelena Anyuşina barədə beynəlxalq federasiyanın qərarı var və onlar Olimpiadada iştirak edəcəklər. CAS-dan Aleksandr Dyaçenko, Nataliya Podolski və Aleksey Korovaşkov ilə bağlı rədd cavabı almışıq", - deyə federasiya rəhbəri bildirib.