Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə qızıl medal qazanıb

Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə qızıl medal qazanıb 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib
Fərdi
16 May , 2017 15:45
Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə qızıl medal qazanıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib.

O, 240,7 xalla 1-ci yeri tutub. Türkiyəli Yusuf Dikeç 239,7 xalla 2-ci, pakistanlı Muhammad Şehzad Axtar 218,6 xalla 3-cü olub.

Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 4-cü qızıl medalı olub.  

Son xəbərlər

Orphus sistemi