Ayxan Tağızadə: "Qələbəmi bir nömrəli fanatıma həsr edirəm"

Ayxan Tağızadə: "Qələbəmi bir nömrəli fanatıma həsr edirəm" "O, məni yordu"
Fərdi
17 May , 2017 20:12
Ayxan Tağızadə: Qələbəmi bir nömrəli fanatıma həsr edirəm
Report.az

Bakı. 17 may. REPORT.AZ/ "Yarış çətin keçdi. İlk rəqibim - Pakistan idmançısı dünya üçüncüsüdür. O, məni yordu". 

"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Ayxan Tağızadə deyib.

68 kq çəki dərəcəsində mübarizə Tağızadə final görüşündə əlindən gələni etdiyini söyləyib: "İran idmançıları da taekvondoda bizim kimi güclüdürlər. Buna baxmayaq, qalib gəldim. Çox çətin final oldu. Qələbəni bir nömrəli fanatım olan anama həsr edirəm. Atam və şəxsi müəllimim olan Əvəz Tağıyevə, qardaşıma minnətdaram. Əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi