Türkiyənin fındıq ixracından gəliri azalıb

Türkiyənin fındıq ixracından gəliri azalıb Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin sentyabr-oktyabr aylarında Türkiyə, təxminən, 58 min ton fındıq ləpəsi ixrac edib.
ASK
3 Noyabr , 2018 15:45
Türkiyənin fındıq ixracından gəliri azalıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin sentyabr-oktyabr aylarında Türkiyə, təxminən, 58 min ton fındıq ləpəsi ixrac edib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhsulun hər tonu, təxminən, 5 400 ABŞ dollarına realizə edilib.

Son nəticədə ölkə 2 ay ərzində fındıq ixracından, təxminən, 315 mln. dollar gəlir əldə edib.

Türkiyə istehsalı olan fındığın 45 min tonunu Avropa İttifaqı (Aİ) ölkələri, 4 min tonunu Aİ-yə daxil olmayan qitə ölkələri, 9 min tonunu isə digər ölkələr idxal edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə qonşu ölkə 65 min ton fındıq ləpəsi ixrac edərək 426,5 mln. dollar gəlir əldə etmişdi. 

Son xəbərlər

Orphus sistemi