Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 10 mini ötüb

Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 10 mini ötüb Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin Şəki şəhərinə təşkil etdiyi infotur çərçivəsində bir qrup jurnalist yerli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) olub.
ASK
18 İyul , 2019 14:32
Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 10 mini ötüb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin Şəki şəhərinə təşkil etdiyi infotur çərçivəsində bir qrup jurnalist yerli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) olub.

“Report”un məlumatına görə, DAİM-in fəaliyyəti barədə jurnalistlərə buranın sədri Mehman Yusifov məlumat verib.

O, bildirib ki, Şəki üzrə 10 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib: “Hər bir fermer üçün ayrıca kabinet açılıb. Bununla yanaşı, onlara hər ay əkinçilik, heyvandarlıq və digər sahələrdə təlimlər keçirilir, fermerlər maarifləndirilir. Hazırda DAİM-də 40-dan çox xidmət göstərilir, gələcəkdə bu xidmətlərin sayı artırılacaq".

Xatırladaq ki, gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar EKTİS vasitəsilə veriləcək. EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahəsi, əkəcəyi və əkdiyi bitkilər, saxladığı heyvanlar barədə məlumatlar onların şəxsi kabinetində yerləşdirilir. 

Son xəbərlər

Orphus sistemi