“Report”un məlumatına görə, DAİM-in fəaliyyəti barədə jurnalistlərə buranın sədri Mehman Yusifov məlumat verib.
O, bildirib ki, Şəki üzrə 10 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib: “Hər bir fermer üçün ayrıca kabinet açılıb. Bununla yanaşı, onlara hər ay əkinçilik, heyvandarlıq və digər sahələrdə təlimlər keçirilir, fermerlər maarifləndirilir. Hazırda DAİM-də 40-dan çox xidmət göstərilir, gələcəkdə bu xidmətlərin sayı artırılacaq".
Xatırladaq ki, gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar EKTİS vasitəsilə veriləcək. EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahəsi, əkəcəyi və əkdiyi bitkilər, saxladığı heyvanlar barədə məlumatlar onların şəxsi kabinetində yerləşdirilir.