Yuxarı

Qoşqar Təhməzli: “Qida məhsulları ilə bağlı yanlış məlumatlar yayılır”

​Qoşqar Təhməzli: “Qida məhsulları ilə bağlı yanlış məlumatlar yayılır

“Sosial şəbəkələrdə belə bir məlumat oxudum ki, Azərbaycana idxal olunan qida məhsullarının 99%-i xəstəlik mənbəyidir. Bu məlumat kökündən yanlışdır. Onun arxasında heç bir elmi araşdırma yoxdur”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

“Həmçinin qida məhsulları ilə bağlı yanlış məlumat yayılır ki, ölkəyə idxal olunan tərəvəzlərin 100%-i genetik modifikasiyaya məruz qalır. Dünyada 30 adda məhsul var ki, geni dəyişdirilir. Tərəvəzlərin sayı çox azdır. Soğan, acı bibər, kələm kimi tərəvəzlərin ümumiyyətlə, genetik modifikasiyası yoxdur. Bu cür yanlış məlumatlar əhalidə təşviş yaradır”, - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi