​Ötən il Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 3,1% artıb

​Ötən il Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 3,1% artıb Ümumilikdə 56 xarici dövlətlə ticarət əməliyyatları aparılıb
ASK
21 Fevral , 2015 12:18
​Ötən il Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 3,1% artıb

Bakı. 21 fevral. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasının (NMR) xarici ticarət dövriyyəsi 2013-cü illə müqayisədə 3,1% artaraq 517 milyon 427 min ABŞ dolları səviyyəsinə çatıb.

"Report"un Dövlət Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə NMR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Komitədə 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ümumilikdə, 56 xarici dövlətlə ticarət əməliyyatları aparılıb: "2013-cü illə müqayisədə ixracın həcmi 2% artdığı halda, idxalın həcmi 1% azalıb. İxracın 23%-ni sənaye, 77%-ni kənd təsərrüfatı məhsulları, idxalın 40%-ni sənaye məhsulları, 34%-ni nəqliyyat vasitələri və onların hissələri, 16%-ni ərzaq məhsulları, 1%-ni tikinti materialları, 9%-ni isə digər mallar təşkil edib". 

Son xəbərlər

Orphus sistemi