​Nazir müavini: "Bu il ot ucuz və boldur"

​Nazir müavini: "Bu il ot ucuz və boldur" İlham Quliyev: "Bir-iki il əvvəl ot bağlamasının qiyməti 6 manata qalxmışdı"
ASK
29 Avqust , 2015 17:05
​Nazir müavini: Bu il ot ucuz və boldur

Bakı. 29 avqust. REPORT.AZ/ "Prezident İlham Əliyevin fermerlərə təkrar əkinə görə subsidiya verilməsinə dair qərarının əsas məqsədi həm heyvandarlığı yem bazası ilə təmin etmək, həm də növbəli əkini stimullaşdırmaqdan ibarət idi. Bu cür dəstək əkinçiliyin inkişafında mühüm rol oynayacaq".

Bunu "Report"a kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. 

Nazir müavini qeyd edib ki, bu il otun qiymətində yüksək artım qeydə alınmayıb: "Ancaq bir-iki il əvvəl ot bağlamasının qiyməti 6 manata qalxmışdı. Hazırda isə ot ucuz və boldur. Hesab edirəm ki, təkrar əkin yem istehsalına böyük təkan verəcək".  

Son xəbərlər

Orphus sistemi