Mətbuat katibi: "Qırğız Respublikasındakı qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil"

Mətbuat katibi: "Qırğız Respublikasındakı qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil" Dövlət Baytarlıq Xidməti xəstəliyin Azərbaycana keçməsi ehtimalına münasibət bildirib
ASK
27 İyun , 2018 10:48
Mətbuat katibi: Qırğız Respublikasındakı qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ "Azərbaycan Qırğız Respublikasından heyvan və heyvan mənşəli məhsullar almır". 

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bu barədə Qırğız Respublikasında yayılmış qarayara xəstəliyinin Azərbaycana keçməsi ehtimalına münasibət bildirərkən məlumat verib. 

"Bu ölkədəki qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil. Bundan əlavə, qarayara xəstəliyinə qarşı bu il iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda, dəvələrdə, donuzlarda peyvəndləmə işləri aparılıb. Hazırda bu və digər yolxucu xəstəliklərə görə ölkədə epizodik vəziyyət sabitdir".

Son xəbərlər

Orphus sistemi