Kərəm Həsənov: “Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib”

Kərəm Həsənov: “Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib” Bakı. 12 may. REPORT.AZ/ Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib.
ASK
12 May , 2018 16:22
Kərəm Həsənov: “Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib”
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Bakı. 12 may. REPORT.AZ/ "Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib".

“Report”a Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu fikirləri Komitənin sədri Kərəm Həsənov növbəti vətəndaş qəbulunda səsləndirib.

K. Həsənov bu gün vətəndaşların müraciətləri və təklifləri ilə tanış olmaq üçün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, özəlləşdirmədə elektronlaşdırmanın geniş tətbiqi, qeydiyyatda vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması və sistemli yanaşma prinsipləri əsas hədəflərdir.

Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinintorpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub

Qeyd olunub ki, qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb. Komitə sədri müraciətlərin araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlərin operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qəbul çərçivəsində Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi