Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edəcək Görüşdə İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri iştirak edə bilər
ASK
16 İyun , 2015 13:30
Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. 16 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 19-da İmişli rayonunda vətəndaşlarla görüşəcək. Saat 11:00-da keçiriləcək görüşdə İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri iştirak edə bilərlər.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə müraciət etməlidir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Son xəbərlər

Orphus sistemi