Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək Qəbul yanvarın 27-də keçiriləcək
ASK
19 Yanvar , 2017 15:41
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) və Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 317 93 60) müraciət edə bilərlər.

Qəbula yazılmaq, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Son xəbərlər

Orphus sistemi