Yuxarı
    Bağlamaq

    Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək

    Qəbul yanvarın 27-də keçiriləcək

    Bakı. 19 yanvar. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) və Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 317 93 60) müraciət edə bilərlər.

    Qəbula yazılmaq, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi