Yuxarı

İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılacaq

​İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tə 45612

Bakı. 9 fevral. REPORT.AZ/ Sabahdan başlayaraq ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin icrasına start veriləcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə başlanan tədbirlərin aparılması davam etdirilir.

Aparılan tədbirlərlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytar mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar.

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi