Yuxarı

"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb

"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb 5729
Şirkət Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 31/11 ünvanında fəaliyyət göstərir

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Günay Sığorta" ASC baş ofisinin yerini yenidən dəyişib. "Report" xəbər verir ki, şirkət Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 31/11 ünvanına köçüb.

Xatırladaq ki, indiyə qədər "Günay Sığorta" bir neçə ay bundan əvvəl aktivlərini aldığı "Buta Sığorta" ASC-nin fəaliyyət göstərdiyi ünvana - Bakı şəhəri, Binəqədi rayonu, 3066-cı məhəllə, ev 168 B ünvanına köçmüşdü.

"Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 71,94%-i Şirinova Yeganə Məmməd qızına, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Məmmədova Xanım Nadir qızına məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi