Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib

Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib Yarmarka hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq
ASK
17 Fevral , 2018 14:50
Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” keçirilib. 

"Report"un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.

Qeyd edək ki, yarmarka hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək təşkil olunacaq.

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) 21 AZN
Un (25 kq) 10.80 AZN
Un (10 kq) 4.70 AZN
Un (5 kq) 2.40AZN
Mal əti (1 kq) 8 AZN
Qoyun əti (1 kq) 9 AZN
Yumurta (1 ədəd) 0.11AZN
Kartof (1 kq) 0.40 AZN
Soğan (1 kq) 0.30 AZN
Makaron (1 kq) 0.70 AZN
Vermişel (1 kq) 0.80 AZN
"Final" çayı 1.88 AZN
Limonad (1 ədəd) 0.20 AZN
Alma (1 kq), Mandarin (1 kq) 1 AZN, 1.50 AZN
Kolbasa (1 kq), Sosiska (1 kq) 5 AZN, 4.70 AZN
"Bizim Süfrə" mayonez (500 q) 1.87 AZN
"Supersun" yağı (1 200 q) 5.30 AZN

Son xəbərlər

Orphus sistemi