Gəncə şəhərində yeni sənaye parkının salınması planlaşdırılır

Gəncə şəhərində yeni sənaye parkının salınması planlaşdırılır Bu günədək sənaye parklarının salınması üçün ümumilikdə 1 mlrd. vəsait ayrılıb
ASK
18 Dekabr , 2015 16:03
Gəncə şəhərində yeni sənaye parkının salınması planlaşdırılır

Bakı. 18 dekabr. REPORT.AZ/ Qarşıdakı 3 ildə Gəncə şəhərində yeni sənaye parkının salınması planlaşdırılır. 

“Report” xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirib.

Şöbə müdirinin sözlərinə görə, bu günədək sənaye parklarının salınması üçün ümumilikdə 1 mlrd. vəsait ayrılıb: “İlk olaraq sənaye parkları Sumqayıt və Balaxanıda təhvil verilib. Bu il isə Qaradağ və Mingəçevirdə təhvil verilib. Qaradağ sənaye parkında rezident kimi gəmiqayırma, Mingəçevir sənaye parkında isə yüngül sənaye məhsulları götürülüb”.

S.Bəşirli qeyd edib ki, Gəncə şəhərində də sənaye parkının salınması nəzərdə tutulub: “Bunun üçün Prezidentin göstərişi olmalıdır. Ərazinin ayrılması üçün tapşırıq verilməlidir”.

Son xəbərlər

Orphus sistemi