Yuxarı
    Bağlamaq

    FAO pestisitlərlə bağlı regional layihə həyata keçirəcək

    Dinlə
    FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak

    Bakı. 30 oktyabr. REPORT.AZ/ “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaxın aylarda Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrini əhatə edəcək regional layihənin icrasına başlayacaq". 

    Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

    Onun sözlərinə görə, büdcəsi 8 mln. ABŞ dolları olan layihə pestisitlərlə bağlıdır. 

    "Bu layihədə Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşlarımız olacaq. Bununla bağlı Azərbaycan və Türkiyədə imzalanma mərasimləri olub. Hələlik bu ölkələrdə həyata keçirəcəyik, tədricən Orta Asiya ölkələrini də cəlb edəcəyik", - deyə o qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi