FAO pestisitlərlə bağlı regional layihə həyata keçirəcək

FAO pestisitlərlə bağlı regional layihə həyata keçirəcək Bakı. 30 oktyabr. REPORT.AZ/ “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaxın aylarda Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrini əhatə edəcək regional layihənin icrasına başlayacaq.
ASK
30 Oktyabr , 2018 15:29
FAO pestisitlərlə bağlı regional layihə həyata keçirəcək
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaxın aylarda Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrini əhatə edəcək regional layihənin icrasına başlayacaq". 

Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, büdcəsi 8 mln. ABŞ dolları olan layihə pestisitlərlə bağlıdır. 

"Bu layihədə Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşlarımız olacaq. Bununla bağlı Azərbaycan və Türkiyədə imzalanma mərasimləri olub. Hələlik bu ölkələrdə həyata keçirəcəyik, tədricən Orta Asiya ölkələrini də cəlb edəcəyik", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi