Yuxarı

Rustam Soli: "Aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb"

​Azərbaycanla Tacikistan əlaqələrin inkişafına dair sənədlər imzalanac

"Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalana bilər".

"Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli bildirib.

Səfir vurğulayıb ki, biznes əlaqələrinin, həmçinin aqrar sektorun inkişafına dair Azərbaycan ilə Tacikistan arasında bir sıra sənədlər hazırlanıb: "Hazırda sənədlər baxılma mərhələsindədir".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Tacikistanla 2,135 milyon dollarlıq ticarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,215 milyon dollar və yaxud 36,3 faiz azdır. Ticarət dövriyyəsinin 99,6 faizi ixracın payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi