Azərbaycanda yetişdirilməsi zəruri olan bitkilər öncədən müəyyən ediləcək

Azərbaycanda yetişdirilməsi zəruri olan bitkilər öncədən müəyyən ediləcək Ötən ilin payızından bu ilin yazınadək əkin aparılmayan torpaq sahələrinə dair məlumatlar Komitəyə təqdim ediləcək
ASK
13 İyun , 2017 12:31
Azərbaycanda yetişdirilməsi zəruri olan bitkilər öncədən müəyyən ediləcək

Bakı. 13 iyun. REPORT. AZ/ Azərbaycanda hansı əkin sahələrində, areallarında yetişdirilməsi zəruri olan bitkilər öncədən müəyyən ediləcək.

"Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Komitə tərəfindən fəal iş görülür.

"Ölkənin hansı ərazisində nə əkilə bilər mövzusu əslində Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət sahəsinə aid olan məsələdir. Ancaq Komitə torpaqlardan istifadənin səmərəliliyinə nəzarəti həyata keçirdiyi üçün biz də bu məsələdə maraqlı tərəfik. Çünki bu məlumatlar fermerlər, iş adamları, dövlət qurumları üçün olduqca vacibdir", - deyə K.Həsənov qeyd edib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərkosmos" ASC ilə də iş birliyi sahəsində hər hansı bitkilər əkilən və ya istifadə edilməyən torpaq sahələrini müəyyən edəcəklər. Cəmiyyət 2016-cı ilin payızından bu ilin yazınadək əkin aparılmayan torpaq sahələrinə dair məlumatları Komitəyə təqdim edəcək. Bu iş iyul ayının sonunda yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi