Yuxarı

Azərbaycanda pambıq yığımı 13% artıb

Azərbaycanda pambıq yığımı 13% artıb 563

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu il ötən ilə nisbətən 13,1% çox pambıq tədarük edilib.

Bu barədə “Report”a  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumatda deyilir ki, noyabrın 27-nə olan operativ məlumata görə, pambıq qəbulu məntəqələrinə 216,403 min ton məhsul təhvil verilib. Ölkə üzrə pambıq tədarükündə Saatlı (28,391 ton), Bərdə (23,571 ton), Ağcabədi (21,952 ton), Biləsuvar (20,563 ton) və Beyləqan (20,285 ton) rayonları irəlidədir. 

Dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerlərə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, bu ilin məhsulu üçün 1-ci növün qiyməti 600 manatdan 650 manata, 2-ci növün qiyməti 580 manatdan 630 manata, 3-cü növün qiyməti isə 540 manatdan 590 manata, 4-cü növün qiyməti isə 500 manatdan 550 manata qədər artırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi