​Azərbaycanda gübrə istehsalına başlanılacaq

​Azərbaycanda gübrə istehsalına başlanılacaq Artıq kimyəvi məhsulun patenti alınıb
ASK
7 Mart , 2015 15:45
​Azərbaycanda gübrə istehsalına başlanılacaq

Bakı. 7 mart. REPORT. AZ/ Azərbaycanda üzümün keyfiyyətinin artırılması və məhsuldar üzümün yetişdirilməsi üçün yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə üzüm bitkisini xəstəliklərdən qorumaq və davamlı sortlar əldə etmək üçün ölkədə gübrə istehsalına başlanılması nəzərdə tutulan planlara daxil edilib.

Bunu "Report"a Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov bildirib.

Onun sözlərinə görə, ölkə bu tələbatı ödəmək üçün hər zaman gübrəni müxtəlif xarici bazarlardan idxal edir.

"Lakin indi azərbaycanlı mütəxəssislər yerli gübrəni hazırlamaq niyyətindədirlər. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə oiduim zərərverici orqanizmlərə qarşı gübrə hazırlayıblar. Hazırda bunun üzərində iş gedir. Artıq gübrənin patenti də alınıb", - T.Pənahov qeyd edib.

O əlavə edib ki, dövlət proqramı çərçivəsində və "Kənd Təsərrüfatı İli" elan olunması ilə əlaqədar gübrənin istehsalını da ölkədə təşkil etməyə çalışırlar.

Qeyd edək ki, oidium xəstəliyinə daha çox sibrə adı ilə tanınır. Son illər bu xəstəlik ölkənin üzüm plantasiyalarında yayılması və təhlükəlilik dərəcəsinə görə mildyu xəstəliyindən önə keçir. Oidium xəstəliyi tənəyin bütün yaşıl hissələrinə yayılır. Yarpaqların əsasən üst səthi, birillik budaqlar, qönçələr, çiçəklər, qora və salxımlar, bığcıqlar adətən açıq külvari tozla örtülür. Hava şəraitindən, sortun xüsusiyyətlərindən asılı olaraq külvari toz örtük çox və ya az ola bilir. 

Son xəbərlər

Orphus sistemi