Azərbaycanda builki pambıq yığımının həcmi 172 min tonu keçib

Azərbaycanda builki pambıq yığımının həcmi 172 min tonu keçib Bakı. 11 noyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 172 245 tondan çox məhsul təhvil verilib.
ASK
11 Noyabr , 2017 14:18
Azərbaycanda builki pambıq yığımının həcmi 172 min tonu keçib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 172 245 tondan çox məhsul təhvil verilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2016-cı ildə ölkədə ümumilikdə 88 596 ton pambıq yığılmışdı. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektarda çiyid səpilib. Pambıq tədarükündə Saatlı (23 507 ton), Biləsuvar (21 119 ton), Bərdə (17 977 ton), Ağcabədi (16 392 ton) və Sabirabad (15 522 ton) rayonları irəlidədir.

Son xəbərlər

Orphus sistemi