Zığ-Hövsan yolunda avtomobillərin hərəkəti bir neçə günlüyə məhdudlaşdırılacaq

Zığ-Hövsan yolunda avtomobillərin hərəkəti bir neçə günlüyə məhdudlaşdırılacaq Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər
İnfrastruktur
1318
29 Oktyabr , 2016 17:05
Zığ-Hövsan yolunda avtomobillərin hərəkəti bir neçə günlüyə məhdudlaşdırılacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakının Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir. 

Bu barədə "Report"a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən məlumat verilib. 

Qurumdan bildirilib ki, oktyabrın 31-i səhər saat 10:00-dan etibarən bir neçə gün müddətinə Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq: "Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər".

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.

Son xəbərlər

Orphus sistemi