“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 33 gəmi təmir olunub

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 33 gəmi təmir olunub 2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 33 müxtəlif tipli gəmi təmir olunub.
İnfrastruktur
11 Yanvar , 2023 10:38
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 33 gəmi təmir olunub

2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 33 müxtəlif tipli gəmi təmir olunub.

"Report" ASCO-ya istinadən xəbər verir ki, gəmilərdən 13-ü əsaslı, 12-si tərsanə, 8-i cari təmir edilib.

Bunlardan 26-sı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 5-i Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Zığdakı zavod geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodun əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən, sifarişlər əsasında gəmilər üçün müxtəlif ehtiyat hissələri hazırlamaqdan ibarətdir. Bundan başqa, 2017-ci ildən zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.

Son xəbərlər

Orphus sistemi