Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirilib

Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirilib Azərbaycan ərazisində dekabrın 7-də səhər saatlarında baş vermiş 5.6 bal gücündə zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni
İnfrastruktur
7 Dekabr , 2023 08:42
Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirilib

Azərbaycan ərazisində dekabrın 7-də səhər saatlarında baş vermiş 5.6 maqnitudalı zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Son xəbərlər

Orphus sistemi