Zaqatalanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrılıb

Zaqatalanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrılıb Prezident İlham Əliyev ​bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
6 İyun , 2017 18:05
Zaqatalanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 4,4 milyon manat ayrılıb
President.az

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi