Zaqatala-Balakən-Mazımçay yolunun əsaslı təmirinə 24,6 milyon manat ayrılıb

Zaqatala-Balakən-Mazımçay yolunun əsaslı təmirinə 24,6 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
11 Avqust , 2017 18:13
Zaqatala-Balakən-Mazımçay yolunun əsaslı təmirinə 24,6 milyon manat ayrılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 11-də “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi