Yüksək Texnologiyalar Parkının Baş Planının icrasına başlanılıb

Yüksək Texnologiyalar Parkının Baş Planının icrasına başlanılıb AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır
İnfrastruktur
107
19 Yanvar , 2022 17:34
Yüksək Texnologiyalar Parkının Baş Planının icrasına başlanılıb

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, AMEA Yüksək Texnologiyalar Parkının təsdiq edilmiş Baş planı mövcud maddi-texniki bazanın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Layihənin icrası texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, yüksəkkeyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə xidmət edir.

Bu yaxınlarda texnoparkın Baş planı əsasında 600 metr uzunluğunda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb.

Yenidənqurma tədbirləri YT Parkın yeni su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işlərinə dair kotirovka sorğusu əsasında müəyyən edilmiş icraçı tərəfindən həyata keçirilir.

Artıq 10 gündür davam edən quraşdırılma işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi