Yol qəzalarında ekoloji zərərin qiymətləndirilmə qaydaları təsdiqləndi

Yol qəzalarında ekoloji zərərin qiymətləndirilmə qaydaları təsdiqləndi Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydaları təsdiq edilib
İnfrastruktur
5 İyul , 2021 19:14
Yol qəzalarında ekoloji zərərin qiymətləndirilmə qaydaları təsdiqləndi
0 : 00
0 : 00

Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydaları təsdiq edilib

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Sənədə əsasən, “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.1.4.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bu, yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi