Yeni su anbarları hansı rayonların su təchizatını yaxşılaşdıracaq?

Yeni su anbarları hansı rayonların su təchizatını yaxşılaşdıracaq? “Masallı, Cəlilabad, Qəbələ, Oğuz, Şəki, Qusar, Quba, Tovuz, Masallı və Ağsu rayonlarının su təchizatı yaxşılaşdırılacaq”.
İnfrastruktur
27 Avqust , 2020 17:19
Yeni su anbarları hansı rayonların su təchizatını yaxşılaşdıracaq?

“Masallı, Cəlilabad, Qəbələ, Oğuz, Şəki, Qusar, Quba, Tovuz, Masallı və Ağsu rayonlarının su təchizatı yaxşılaşdırılacaq”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, bu, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə tikintisinə qərar verilmiş 10 yeni su anbarının (Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay, Zəyəmçay) hesabına mümkün olacaq. Onların 3-ü ilə bağlı ilkin planlar məlumdur: 

-Yengicə su anbarı. Qəbələ rayonunda Vəndamçay çayı ilə Qaraçay çaylarının birləşdiyi hissədə tikilməsi nəzərdə tutulur. Su anbarının tikilməsində əsas məqsəd Qəbələ rayonunun 10 min hektar sahəsində kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etməkdir. Yengicə su anbarının ümumi su tutumu 17,5 mln. kbm, faydalı həcmi 12,5 mln. kbm, bəndinin hündürlüyü 45 m, qaşı üzrə uzunluğu 450 m, qaşı üzrə eni 10 m-dir. Su anbarından suvarma suyu torpaq sahələrinə Sol və Sağ sahil magistral kanalları vasitəsi ilə verilməsi nəzərdə tutulur.

-Əlicançay su anbarı - Oğuz rayonunun Şəki rayonu ilə sərhəd ərazisində Əlicançay çayı üzərində nəzərdə tutulub. Əlincançay çayı Oğuz rayonunun ərazisindən axan Xalxalçay, Oğuzçay, Qalaçay və Daşağılçay çayından ayrılmış bir qolun birləşməsindən formalaşır. Su anbarının tikintisi ilə  Şəki rayonunun 16100 ha, o cümlədən  5600 ha mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 10500 ha yeni suvarılan torpaqların istifadəyə verilməsi, eləcə də  yaşayış məntəqələrinin əhalisinin içməli su təchizatının yaxşılaşdırılması mümkün olacaq.

- Viləşçay su anbarı (II növbə) -  Ümumi su tutumu 130 milyon m3, o cümlədən faydalı həcmi 122 milyon m3 olan su anbarının 1-ci növbəsinin (sututumu 46 milyon m3, faydalı həcmi 42 milyon m3) tikintisinin 1986-cı ildə tamamlanması ilə Masallı rayonunun 11 275 ha əkin sahəsinin su təminatı yaxşılaşdırılıb. Eyni zamanda  hazırda Viləşçay su anbarı Masallı və Cəlilabad rayon mərkəzlərinin və ətraf kəndlərin əhalisini içməli su ilə təmin edir. Sərəncamın icrası olaraq  Viləşçay su anbarının II növbəsinin  tikintisi ilə onun layihə gücünə çatdırılacaqdır ki, bu da təxminən Masallı rayonunun daha 20100 ha (ondan 18354 ha yeni suvarılan torpaqlardır) torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə, eləcə də Masallı və Cəlilabad rayon mərkəzlərinin və ətraf kəndlərin əhalisi üçün etibarlı içməli su mənbəyi yaradılmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi