Yeni binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar araşdırmalara başlanılıb

Yeni binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar araşdırmalara başlanılıb Mövcud qanunvericiliyin tələblərinə əsasən, məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır.
İnfrastruktur
17 Sentyabr , 2021 12:00
Yeni binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar araşdırmalara başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinin yeni inşa etdiyi çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb. Məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binalarının sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə “Azərişıq” ASC-nin Dövlət Xidmətinə təqdim etdiyi bir sıra sənəd və məlumatlara əsasən aparılır.

Mövcud qanunvericiliyin tələblərinə əsasən, məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.

Son xəbərlər

Orphus sistemi