Yaxın 2 ay ərzində Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq

Yaxın 2 ay ərzində Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq Bakı. 22 fevral. REPORT.AZ/ “İlkin hesablamalara görə, Azərbaycanın 10 milyonuncu sakini bu il martın sonunda, aprelin əvvəlində doğulacaq”.
İnfrastruktur
102
22 Fevral , 2019 11:09
Yaxın 2 ay ərzində Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq

Bakı. 22 fevral. REPORT.AZ/ “İlkin hesablamalara görə, Azərbaycanın 10 milyonuncu sakini bu il martın sonunda, aprelin əvvəlində doğulacaq”.

“Report”un məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Ədliyyə və Səhiyyə Nazirlikləri, eləcə də Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesi izləyirik”, - o bildirib.

Komitə sədri etiraf edib ki, son bir neçə ildə əhalinin təbii artım tempi zəifləyib: “Doğumların sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 nəfər təşkil edib. Bu il keçiriləcək əhalinin növbəti siyahıya alınmasında da bu rəqəm dəqiq göstəriləcək”. 

Son xəbərlər

Orphus sistemi